Bir
pillə var hansıki həyat yolu deyirlər.Addımladıqca-addımlayırsan.Hər
kəs üçün eyni sıradan başlayır,amma müxtəlif sırada bitir.Hər addım
atanda uçuruma doğru düşəcəm deyə qorxuram.Bu yol 3 hissəyə ayrılır.Hər sırasında bam-başqa oyunlar var.Əvvəl uşaq oyunları olur.Oynamağa çalışdığın oyunlardı.Rejisor,operator,işıqçı,ideyaçı sənsən.Aktyorları özün seçirsən.Sıralar artdıqca irələdikcə 2-ci hissədə hər şey dəyişir.Daha ideyaçı ola bilmirsən.Səni
aktyor seçirlər.Rolunu yaxşı oynayırsansa ucalırsan,oynaya bilmirsənsə
işdən qovulursan.Uşaq oyunları qədər asan görünsədə sevinc və kədərin
birləşdiyi oyun olur .Sevinc istəyəndə Kədər olur,kədər olanda
gözlənilməz sevinclər olur.3-cu hissədə ətrafın böyüyür.3-cü hissədə itirməkdən qorxursan.Geridə
qoyduğun pillələrdə bu hissi yaşasanda 3-cü hissədə dahada səni incidir
və beynindən çıxmır.Çünki səni həyata bağlayan varlıqlar artır.Daha
kövrəksən.İnciyir qəlbin.Fikrə dalanda sənin nə vaxtsa incitdiyin
varlıqlar yadına düşür.Kimisinin pilləsi davam edir,kimisi isə daha
pillələrdə addımlamır.Son anlarında ALLAHA və incitdiyin varlıqlardan bağışlanmaq istəyirsən.Kimisi bağışlayır,kimisisə qarğışlayır. Pillələri
addımlayarkən ehtiyatlı ol!Düşün vaxt gələ bilərki etrafında
olanlar,incitdiklərin,küsdüklərin,qohumların hətta dostların səni tək
qoyar.Tək qalsanda başın uca olsun.Və heç zaman bağışla deməkdən çəkinmə.Elə indi fürsətdən istifadə et qəlbin təmizlənsin..