ƏYLƏNCƏ
 MARAGLI XEBERLER

Yeni texnoloqiyalar                                                                                                                             
Azərbaycan gələn il Türkiyə ilə bir neçə adda hərbi texnikanın birgə istehsalını həyata keçirəcək.
Artıq birgə istehsal layihələrinə dair tərəflər arasında razılaşma əldə olunub. Zirehli texnikaların müştərək istehsalına dair Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin "Otokar” şirkəti arasında oktyabr ayının sonlarında niyyət protokolu imzalanıb. Razılaşma çərçivəsində hərbi texnikalar lisenziya əsasında və zəruri hissələri Türkiyədən idxal olunmaqla istehsal ediləcək.

Dekabrın sonlarında isə Azərbaycan və Türkiyə heyətləri arasında Bakıda müdafiə sənayesi sahəsində bəzi perspektiv layihələrin müzakirəsi gözlənilir.

Qeyd edək ki, hazırda Azərbaycan Türkiyə ilə müştərək olaraq bəzi atıcı silahların və döyüş sursatlarının istehsalını həyata keçirir.

"LG Electronics” şirkəti dünyanın ən nazik monitorunu təqdim edib.
Lux.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "E2290V” modelinin qalınlığı cəmi 7,2 millimetrdir.

21,5 düyüm diaqonallı və 1920x1080 təsvir ölçülü genişekranlı displey işıq diod işıqlandırma sistemi ilə təchiz olunub. Yeni monitorun dinamik kontrastlıq göstəricisi 10 000 000:1, matrisanın komandaya cavab vaxtı 2 ms təşkil edir. Monitorun digər xüsusiyyətlər arasında 250 kd/m2 səviyyəli aydınlıq dərəcəsini, eləcə də D-Sub, DVI və HDMI çıxışlarını qeyd etmək olar.

"Apple” şirkəti xüsusi stereoskopik eynək tələb olunmayan 3D təsvirin göstərilməsi texnologiyasına dair patent əldə edib.
Lux.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu təsvir üsulu açıqlanıb.

Əksetmə qabiliyyətli teksturalı səth üzərində hər bir pikselin proyeksiyası salınır, bundan sonra piksellər hər biri ayrı-ayrılıqda tamaşaçının sağ və sol gözünə "verilir” və nəticədə üçölçülü effekt alınır. Bundan əlavə, sistem hər bir tamaşaçının sağ və sol gözlərinin yerini təyin etmək imkanına malikdir ki, belə vəziyyətdə 3D təsvirə müxtəlif bucaqlardan eyni zamanda bir neçə insan baxa bilər.

"Apple” tərəfindən ABŞ Patent və Ticarət Nişanı Bürosuna (USPTO) təqdim edilmiş patent ərizəsində qeyd olunur ki, yeni texnologiya ucuz qiymətli avtostereoskopik 3D-displeylər üçün nəzərdə tutulub ki, istifadəçinin sərbəst hərəkət imkanı olsun. "Apple”nin 3D-displeyləri üçün xüsusi eynək tələb olunmayacaq. İstifadəçilərin üçölçülü təsvirə baxmaq üçün məhdud görünüş bucağı və ya düz və hərəkətsiz oturmağa ehtiyac qalmayacaq.

Bu ilin sonuna kimi bu qurğuların ilk modelləri satışa çıxarılmalıdır.

Yeni silah 3 metr qalınlıqda betonu belə dəlir
ABŞ ordusu üçün lazer sistemi ilə çalışan yeni silah yaradılıb. Lux.az-ın "CNN”ə istinadən verdiyi məlumata görə, "XM-25” adlandırılan silahın mərmiləri tero-təzyiq xüsusiyyətlərinə malikdir və öncədən proqramlaşdırılaraq müəyyənləşdirilən hədəfə dəydikdən sonra partlayır.

Böyük ölçüsünə baxmayaraq, çəkisi 1,4 kiloqram olan silahın 25 millimetrlik mərmiləri uzaqdan verilən komanla siqnallarını qəbul etmək və qət etdiyi məsafəni hesablaya bilmək özəlliyinə sahibdir. Bu silahdan istifadə etmək üçün əsgərin etməli olduğu yeganə şey mərminin partlayacağı məsafəni hesablamaqdır.

Silah 3 metr qalınlıqda betonu belə dəlməyə qadirdir. ABŞ ordusunun sözçüsü polkovnik Kristfer Lehner deyib ki, bu silahın yaradılması o deməkdir ki, savaşda taktikalar yenidən formalaşdırılacaq və sadəcə, düşmənin qaçışını izləyəcəklər. 700 metrə qədər məsafədə düşmən hədəfini vurmağa qadir olan silahın qiyməti 25 min dollardır.

Gələn ilin yanvar ayından Əfqanıstanda istifadə edilməyə başlanılacaq "XM-25” sayəsində amerikalılar atışma zamanı sığınacaq, bina kimi yerlərdə gizlənən hədəflərin qaçmaq, yaxud təslim olmaqdan başqa bir şansı qalmayacağına inanırlar.


Yeni növ sensor ekran üzərində işləyir
"Microsoft” "taktil” sensor ekranların, yəni istifadəçidə ekranda təsvir olunan qabarıq səthlərə və teksturalara toxunma hislərini oyatmaq üçün texniki fəndlər istifadə olunan displeylərin yaradılmasına dair orijinal üsulu təsvir edən patenti qeydiyyatdan keçirib.

Lux.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni patentdə korporasiya sensor ekran üzərində forma yaddaşı effektli plastik qatından istifadə etməyi təklif edir.

Belə vəziyyətdə sözügedən plastikin altından müxtəlif dalğa uzunluqlu ultrabənövşəyi işıqlandırma texnologiyasını tətbiq etməklə üz səthinin formasını dəyişmək mümkün olar. Ultrabənövşəyi şüanın bir tezliyinin təsiri altında piksellər müəyyən hündürlüyə qalxacaq, digər tezliyin təsiri nəticəsində isə ilkin vəziyyətə qayıdacaq.

Patentdə qeyd olunur ki, yeni texnologiya masa ölçülü böyük sensor ekranlar (misal üçün "Microsoft Surface”) üçün deyil, telefon və ya planşet kompüterlərdə istifadə olunan displeylər üçün nəzərdə tutulur. Ekspertlərin fikrincə, texnologiya həqiqətən də işləyirsə, onun geniş populyarlıq qazanacağına heç şübhə yoxdur.

"Microsoft Surface” layihəsinin ilkin mərhələlərindən bu texnologiyanın yaradılmasında yaxından iştirak edən sensor ekranlar üzrə mütəxəssis Patrik Baudiş qeyd edir ki, əgər texnologiya bir qədər kiçik qurğularda tətbiq olunsa, telefonlardakı fiziki klaviaturalar tamamilə aktuallığını itirəcək və bu da bazarda böyük dəyişikliklərə səbəb ola bilər.

Kamera, naviqator, musiqi pleyerləri və portativ oyun qurğularında da SİM-kartlar olacaq
Dünyanın ən iri mobil rabitə operatorları simsiz GSM-kommunikasiyaların tətbiq sahəsinin genişlənməsinə dair yeni təşəbbüslə çıxış ediblər. Lux.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, operator-şirkətlərin təşəbbüsü bu kommunikasiyaların 2012-ci ildən etibarən adi mobil telefon və smartfonlardan başqa, naviqator, kamera, portativ oyun qurğuları, musiqi pleyerləri və mobil şəbəkələrlə işləmək imkanına malik bir sıra digər qurğular spektrində də tətbiq olunmasını nəzərdə tutulur.

Mobil operatorlardan ibarət "GSM Association” konsorsiumu mobil telefonlar sahəsindən başqa digər istiqamətlərdə də istifadə oluna biləcək yeni nəsil SİM-kartların yaradılmasına dair planları açıqlayıb. "GSM Association” çərçivəsində "AT&T”, "Verizon”, "Vodafone”, "China Mobile” və "Deutsche Telekom” kimi şirkətlərin təmsil olunduğu İşçi Qrupu yaradılıb. İşçi Qrupu SİM-kartların əvvəlcədən quraşdırılmış tətbiq sahəsi üzrə adaptasiyası ilə məşğul olacaq.

Konsorsium nümayəndələrinin sözlərinə görə, müasir SİM-kartlar abunəçinin mobil şəbəkədə identifikasiyasını təmin edən və çıxarıla bilən çip rolunu oynayır. Quraşdırılmış SİM-kartlar isə məsafədən aktivləşdirilə bilən (misal üçün rəqəmli qurğunun ilk işə salınması və ya digər vacib əməliyyat həyata keçirilməsi zaman) qeyri-adi çip olacaq. Ekspertlər qeyd edir ki, hazırda GSM standartları artıq dünya üzrə səsli zənglərin böyük hissəsi, eləcə də şəbəkə trafikinin əhəmiyyətli seqmenti üçün bir bazaya çevrilib. Yeni texnologiyanın yaradılmasında məqsəd isə mobil şəbəkələrin tətbiq imkanlarının daha da genişləndirilməsidir.

Bu gün SİM-kartların tətbiqi demək olar ki, ənənəvi mobil telefon seqmentindən çıxmır. Bu baxımdan yalnız "Apple iPad” və "Samsung Galaxy Tab” internet-planşetləri, eləcə də yerin təyin olunması üçün nəzərdə tutulan kiçik peşəkar qurğular istisna təşkil edir. Buna görə də operatorların öz şəbəkələrinin istifadə əhatəsinin genişlənməsində və köməkçi servislərin tətbiqindən əldə olunan əlavə gəlirdə maraqları böyükdür. Analitiklər hesab edir ki, yeni texnologiya operator-şirkətlərin öhdəsinə də əlavə tələblər qoyur. Çox güman ki, quraşdırılmış SİM-kartlı qurğuların imkanları mobil şəbəkələr üzrə adi identifikasiya ilə məhdudlaşmayacaq. Burada şəbəkənin siqnalları informasiya mübadiləsi üçün istifadə olunacaq. Hazırda bir çox operatorların şəbəkələrinin onsuz da yüklənmiş vəziyyətdə olması şirkətləri öz şəbəkələrini daha sürətlə və intensiv qaydada müasirləşdirməyə vadar edəcək.

SIM-kartla təchiz olunmuş yeni qurğuların akkumulyator həcminə qarşı tələbatı da artacaq. "WiFi” və ya "WiMax” standartlarına əsaslanan mövcud həllər artıq akkumulyator enerjisini kifayət qədər yüksək göstəricilərlə istifadə edir, yeni informasiya mübadiləsi kanalının olması isə enerji sərfiyyatı tempini daha da artıracaq.

"Dell” şirkəti çevrilən ekrana malik "İnspiron Duo” adlı hibrid netbukun qiymətini açıqlayıb.
Lux.az-ın "Engadget” portalına istinadən verdiyi məlumata görə, hibrid netbuk 549 dollara satılacaq.

"İnspiron Duo” bu ilin dekabr ayında satışa çıxarılacaq. Hibrid netbukun xüsusiyyətləri də açıqlanıb. Netbuk 10,1 düyüm sensorla təchiz olunub və "OS Windows 7 Home Premium” bazasında işləyəcək. "İnspiron Duo”nun kiçik yaddaşı 2 gb, sərt diskini isə 250 gb həcmdədir.

Bağlantı səbəbiylə dünyadakı hakimiyyət onların!
Yüksək sürətli internet əlaqəsinin gerçək ünvanı təbii ki Asiya ölkələri olur. Sıxlıq şəhərlərdə təqdim edilən sürətli keçid sayəsində dünya üzərindəki hakimiyyət onların olur.

Akamai'nin ən son ölçümlərində görə dünyanın ən sürətli internetini sahib olan 100 şəhərdən 74 dənəsi Asiyada! Lux.Az-ın xəbərinə görə, ən yaxşı orta hesabla sürətdə bir nömrə tam 62 şəhər ilə Yaponiya olur. Yaponiyanı 12 şəhər ilə Cənubi Koreya təqib edir. Avropadan 12, Amerika və Kanadadan da 10'ar şəhər bu siyahıya girməyi bacarır.

Top 10'da yerləşən şəhərlərin hamısı Cənubi Koreyada yer alır. Bunun səbəbi isə paytaxt Seul'ə yaxın şəhərlərin infrastrukturdan faydalanması olur. Orta sürətləri 15-20Mbps olarkən, yaponların ortalaması 8.5-12.2 Mbps olur.

 
TOY OLSUNDA MARAQLI ANLAR. MUTLEQ IZLEYIN.IZLEMEK ASAGIDA

Суббота, 27.04.2024, 08:53
Приветствую Вас Гость
Главная | Регистрация | Вход
ƏYLƏNCƏ
AZERI [5]
TURK [6]
XARICI [2]
SERIAL VE FILM [1]
BASQA [27]
PROGRAMLAR [0]
ŞƏKİLLƏR
SEKILLER [32]
В этом разделе собраны мои персональные фотографии.
AVTO [27]
SAMOLET [9]
GOZELLER [29]
PROFIL
Привет: Гость

Сообщения:

Гость, мы рады вас видеть. Пожалуйста
зарегистрируйтесь или
авторизуйтесь!
STATISTIKA
Статистика:
Это ваши счетчики

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Сейчас на сайте:

[Полный список]

AXTARIS
SAAT
GİRİŞ
DOSTLAR
Сайт который Вам нужен

favicon.ru
SUAL
SIZ:

Архив
Результаты
Всего голосовало: 22
CALENDAR
«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
ARXİV